Bank Of Baku

Arif Hacılı: ““Azadlıq” blokunun bələdiyyə seçkilərinə ayrıca qatılmasına normal yanaşırıq”

Arif Hacılı: ““Azadlıq” blokunun bələdiyyə seçkilərinə ayrıca qatılmasına normal yanaşırıq”
# 16 may 2009 11:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. ““Azadlıq” blokunun bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə ayrıca qatılmasına biz normal yanaşırıq. Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyalar arasında bələdiyyə seçkiləri ilə bağlı hər hansı fikir ayrılığı yoxdur”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

Onun sözlərinə görə, bələdiyyə seçkiləri çoxmandatlı dairələr üzrə keçirildiyindən burada ayrı-ayrılıqda namizəd irəli sürən müxalifət partiyaları arasında hər hansı rəqabətdən söhbət gedə bilməz: “Müsavat Partiyası prioritet olaraq seçki kampaniyasını həm hərəkat və ya bu tipli çətir altında ümumi siyasi proseslərin aparılması ilə yanaşı, bələdiyyə seçkilərində öz siyahısı ilə çıxış etməyi əsas götürür. “Azadlıq” blokunun da ayrıca namizədlər siyahısı olacaqsa, buna yalnız müsbət yanaşmaq lazımdır. Çünki bu əlavə təbliğat - təşviqat imkanı, televiziyada çıxış üçün əlavə vaxt almaq deməkdir”.

A. Hacılı bildirib ki, Müsavat Partiyası resurslara uyğun olaraq müxalifətin mümkün qədər çoxsaylı blokların qeydə alınması mövqeyindədir: “Ona görə də, bələdiyyə seçkiləri ilə bağlı müxalifətin vahid seçki bloku yaratmaq ideyası baş tutmadı fikri ilə razı deyiləm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR