Bank Of Baku

“2008-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi mayın 26-da Milli Məclisdə müzakirə olunacaq

“2008-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi mayın 26-da Milli Məclisdə müzakirə olunacaq
# 18 may 2009 09:27 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “2008-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisə daxil olub. Bu barədə məlumat APA-ya parlamentdən verilib. Məlumata görə, ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı sənəd Milli Məclisə şənbə günü daxil olub. Yaxın günlərdə sənəd parlamentinin İqtisadi siyasət komitəsində, mayın 26-da isə parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.

“2008-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ilə birlikdə Milli Məclisə göndəriləcəyi gözlənilən “2009-cu ilin dövlət büdcəsinə əlavə və dəyişiklik haqqında” qanun layihəsi isə qanunverici orqana daxil olmayıb. Qeyd edək ki, hər il bu sənədlər Milli Məclisə paket şəklində göndərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR