Bank Of Baku

KXCP bələdiyyə seçkilərində iştirak barədə qərar qəbul edib

KXCP bələdiyyə seçkilərində iştirak barədə qərar qəbul edib
# 18 may 2009 10:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək barədə qərar qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Ali Məclisin ötən gün keçirilən iclasında KXCP-nin yerli təşkilatlarına bələdiyyə üzvlüyünə namizədlərin müəyyənləşdirilməsi, seçki hazırlıqlarının başlanması barədə tapşırıq verilib. Seçkidə iştirak formasına gəldikdə, bununla bağlı konkret qərar verilməyib.

Ali Məclisin iclasında həmçinin KXCP-nin II qurultayının keçirilməsi qərara alınıb. Bununla bağlı da rayon təşkilatlarına və qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinə konfransların keçirilməsi, qurultay nümayəndələrinin müəyyənləşməsi tapşırığı verilib. İclasda 28 Respublika Günündə Novxanı qəsəbəsində Məmməd Əmin Rəsulzadənin abidəsi önündə tədbirin keçirilməsi, AXC-nin yaranmasının 20 illiyi ilə bağlı tədbirlər planının hazırlanması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR