Bank Of Baku

Azərbaycanın Laçın rayonun işğalının 17-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında anım mərasimi keçirilib

Azərbaycanın Laçın rayonun işğalının 17-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında anım mərasimi keçirilib
# 18 may 2009 10:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 17-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanında rayon rəhbərliyinin, Şuşa İcra Hakimiyyətinin, Qarabağ Azadlıq Təşkilatı, “Dağlıq Qarabağın azərbaycanlı İcması” İctimai Birliyinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə şəhidlərin məzarı ziyarət olunub, Əbədi Məşəl Kompleksinin önünə əklil qoyulub. Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov deyib ki, Laçın rayonu həmin illərdə respublikaya rəhbərlik edən şəxslərin səriştəsizliyi, bəzi siyasətçilərin ordudan şəxsi məqsədləri üçün istifadə etmələri səbəbindən baş verib. İcra hakimiyyətinin başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların uğurla yekunlaşacağına inandıqlarını da söyləyib.

Qeyd edək ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edib. Azərbaycanın cənub-qərbində dağlıq ərazidə yerləşən Laçın rayonu şimaldan Kəlbəcər rayonu, şərqdən Şuşa, cənubdan Qubadlı, qərbdən isə Ermənistanla həmsərhəddir. Ərazisi 1,84 min kv.km, əhalisi işğala qədər 64 min nəfər olub.

İşğal nəticəsində 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib.

Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR