Bank Of Baku

Laçın rayon icra hakimiyyətinin başçısı: “Laçının heç bir hissəsi Ermənistana verilə bilməz”

Laçın rayon icra hakimiyyətinin başçısı: “Laçının heç bir hissəsi Ermənistana verilə bilməz”
# 18 may 2009 10:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Ermənistan tərəfindən Laçın rayonunun dəhliz kimi saxlanılacağı barədə verilən bəyanatlar sərsəmləmədir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov verib. O bildirib ki, Ermənistan rəsmilərinin bu səpkili açıqlamaları reallaşa bilməz və münaqişənin həlli ilə bağlı prezident İlham Əliyevin apardığı siyasət öz bəhrəsini verəcək: “Azərbaycanın probleminə biganə yanaşan ölkələr, artıq bizi qəbul etmək məcburiyyətində qalıblar. Laçın əhalisi də əmindir ki, rayona qayıdıb quruculuq işləri ilə məşğul olacaq. Laçının heç bir hissəsi Ermənistana verilə bilməz. Bu yaxınlarda Laçın rayonunun yaradılmasının 85 illiyinin dövlət səviyyəsində keçirilməsi də Ermənistana bu mənada göndərilmiş mesaj idi”. R. Cəbrayılov Laçın rayonuna süni şəkildə ermənilərin köçürülməsi məsələsinə də münasibət bildirib: “Ola bilsin haradansa süni şəkildə oraya insanlar köçürülür və ya Laçını erməniləşdirmək məqsədilə hansınsa işlər aparılır. Onlar bilsinlər ki, bütün bunlar yalan üzərində qurulan, sonu görünməyən işlərdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR