Bank Of Baku

QAT həmsədrləri üç təlxəyə bənzədib

QAT həmsədrləri üç təlxəyə bənzədib
# 18 may 2009 13:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Laçın rayonunun Ermənistan hərbi birləşmələri tərəfindən işğalının 17-ci ildönümü ilə əlaqədar bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlardan çıxış etməsi pislənilib: “Beynəlxalq təşkilatlar Ermənistanın işğalçı hərəkətlərinə adekvat qiymət vermək, təcavüzkar dövlətə qarşı sanksiyalar tətbiq etmək, Azərbaycanın haqlı mövqeyini dəstəkləmək, öz yurdlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının haqqını tanımaq istəmir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti isə Azərbaycan xalqının heysiyyətinə toxunmaqdan da çəkinməyən üç təlxəyin oyunbazlığına çevrilib. Gah tut arağından, gah kərpiclə ev tikməkdən, gah da sıçrayış və film çəkməkdən danışan bu təlxəklər Azərbaycan xalqını təhqir etməkdən başqa bir işlə məşğul deyillər. Azərbaycan hakimiyyəti isə bu rüsvayçı prosesin dayandırılması üçün heç nə etmir, biganə müşahidəçi rolu ilə kifayətlənir və torpaqlarımızın hərbi yolla işğaldan azad edilməsi üçün qətiyyətli addımlar atmaq istəmir. Düşmənin və onun havadarlarının bu hərəkətlərinə artıq dözmək olmaz və bu proses dayandırılmalıdır”.

QAT hesab edir ki, Azərbaycan Laçının “dəhliz” və ya hər hansı başqa ad altında ermənilərin nəzarətinə verilməsi perspektivindən imtina etməli, beynəlxalq təşkilatların, vasitəçilərin bu məzmunda təklifləri rədd edilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR