Bank Of Baku

ADP Qarabağ probleminin həlli ilə bağlı vasitəçilik missiyasının yenidən təşkilini təklif edir

ADP Qarabağ probleminin həlli ilə bağlı vasitəçilik missiyasının yenidən təşkilini təklif edir
# 18 may 2009 13:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Demokrat Partiyası (ADP) Qarabağ probleminin həlli ilə bağlı vasitəçilik missiyasının yenidən təşkil olunması təşəbbüsü ilə çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ADP İdarə Heyətinin bu gün keçirilən iclasında Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşü müzakirə edilib. Partiya rəhbərliyi prezidentlər arasında hər hansı ciddi razılaşmanın əldə edilməməsini Ermənistanın hələ də işğalçılıq siyasətindən əl çəkməməsinin sübutu kimi qiymətləndirib. ADP Minsk Qrupunun uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir müsbət irəliləyişə nail olmadığını və nəticədə münaqişənin uzun müddət dondurulmasına gətirib çıxardığını qeyd edib. Partiya həmçinin bu quruma üzv olan həmsədrlər arasında səmimi, qarşılıqlı əməkdaşlığın və kollektiv həmrəyliyin olmadığını, qurumun indiyədək münaqişənin həlli ilə bağlı verdiyi təkliflərin ədalətsiz və beynəlxalq hüquqa zidd olduğunu və Minsk Qrupunun böhran yaşadığını bildirib. Buna görə də partiya yeni bir missiyanın təşkil olunmasını vacib sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR