Bank Of Baku

Əli Əhmədov ATƏT–in Bakı Ofisinin yeni rəhbəri ilə görüşüb

Əli Əhmədov ATƏT–in Bakı Ofisinin yeni rəhbəri ilə görüşüb
# 18 may 2009 13:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov ATƏT–in Bakı Ofisinin yeni rəhbəri, səfir Əli Bilge Cankorel ilə bu gün partiya qərargahında görüş keçirib. YAP-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Əli Bilge Cankorel ATƏT-in Bakı ofisi ilə YAP arasında mövcud əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu deyib. Hazırda rəhbərlik etdiyi qurumda tədbirlər planının tərtib olunduğunu deyən səfir, YAP tərəfindən irəli sürüləcək təkliflərə diqqət yetirəcəklərini də qeyd edib. ATƏT nümayəndəsi Azərbaycanın beynəlxalq aləmdəki rolundan, onun artan nüfuzundan, inkişaf dinamikasından danışıb.

Ə. Əhmədov isə öz növbəsində Azərbaycanın demokratik inkişaf yolunda apardığı islahatların səmərəli nəticələr verdiyini deyib. Sədr müavini bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq prosesi, YAP–ın beynəlxalq əlaqələri və digər məsələlərlə bağlı səfirə məlumat verib.

Görüşdə YAP icra katibinin müavini Siyavuş Novruzov görüşdə iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR