Bank Of Baku

BAXCP rəhbərliyi Rəsulzadənin abidəsini ziyarət edəcək

BAXCP rəhbərliyi Rəsulzadənin abidəsini ziyarət edəcək
# 18 may 2009 14:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. BAXCP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə münasibət bildirilib. İdarə Heyəti R. T. Ərdoğanın Azərbaycanda, Polşada və Rusiyada səsləndirdiyi bəyanatları təqdirəlayiq sayıb və münasibətlərin bütün istiqamətlərdə daha intensiv şəkildə inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Yığıncaqda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 91-ci ildönümünün keçirilməsi mövzusunda da müzakirə aparılıb. Qərara alınıb ki, mayın 27-də Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsi ziyarət olunsun və partiyanın mərkəzi qərargahında dəyirmi masa keçirilsin.

Toplantıda partiya Ali Məclisinin növbəti sessiyasının iyunun 6-da keçirilməsi də qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR