Bank Of Baku

Müsavat Partiyası Gənclər Təşkilatı DİN-in qarşısında aksiya keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib

Müsavat Partiyası Gənclər Təşkilatı DİN-in qarşısında aksiya keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib
# 18 may 2009 15:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyasının Gənclər Təşkilatı Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısında aksiya keçirmək üçün bu gün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, aksiyanın mayın 23-də keçiriləcəyi bildirilib. Müraciət müəllifləri aksiyada polislərin son vaxtlar gənclərə qarşı münasibəti, xüsusilə müsavatçı gənclərə qarşı edilən zorakılıq və təqiblərin dayandırılmasını tələb edəcəklər.

Aksiyada “Təhlükəsizliyimizi təmin edin!” şüarının səslənməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR