Bank Of Baku

Ziyafət Əsgərov ABŞ Milli Hərbi Kollecinin nümayəndə heyəti ilə görüşüb

Ziyafət Əsgərov ABŞ Milli Hərbi Kollecinin nümayəndə heyəti ilə görüşüb
# 18 may 2009 16:10 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ABŞ Milli Hərbi Kollecinin yüksək rütbəli hərbi və mülki şəxslərdən ibarət nümayəndə heyətinin üzvləri ilə görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Z. Əsgərov qonaqları Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırıb. ABŞ Milli Hərbi Kollecinin professoru Ceyms Makduqal isə ölkəsində Azərbaycana çox böyük maraq olduğunu deyib. Görüşdə Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsindən söhbət açılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR