Bank Of Baku

Azərbaycan Milli Məclisi baş prokuror və Ombudsmanın təyinatına qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı məsələni müzakirə edəcək

Azərbaycan Milli Məclisi baş prokuror və Ombudsmanın təyinatına qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı məsələni müzakirə edəcək
# 18 may 2009 17:53 (UTC +04:00)
Bu barədə APA-ya Milli Məclisdən bildirilib. Məlumata görə, millət vəkilləri “İnsan haqları üzrə müvəkkilin fəaliyyəti haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi, həmçinin “Prokurorluq haqqında” qanun layihələrinə dəyişikliklər edilməsini təklif ediblər.

Məlumatda o da bildirilib ki, Milli Məclisini hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə insan haqları komitəsinin mayın 20-də keçiriləcək birgə iclasında qanun layihələrinə dəyişikliyin müzakirəyə çıxarılacağı gözlənilir.

Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova xəbəri APA-ya təsdiqləyib. Komitə sədri bildirib ki, “İnsan haqları üzrə müvəkkilin fəaliyyəti haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi bağlı məsələnin daxil olduğunu deyib. Onun sözlərinə görə, qanuna təklif olunan dəyişikliyə əsasən İnsan Haqları üzrə Müvəkkilinin bir müddətə seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırılır: “Mövcud qanunda müvəkkilin bir dəfə, 7 il müddətinə seçilməsi öz əksini tapıb. Təklif olunan dəyişikliyə əsasən isə müvəkkilin bir dəfə seçilməsi ilə bağlı qoyulan məhdudiyyət iki dəfə seçilməsi ilə əvəzlənir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR