Bank Of Baku

VHP milli soyad sonluqlarının məcburi qaydada tətbiq olunmasını tələb edir

VHP milli soyad sonluqlarının məcburi qaydada tətbiq olunmasını tələb edir
# 19 may 2009 09:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Siyasi Şurası Azərbaycan hakimiyyətindən milli soyad sonluqlarının məcburi qaydada tətbiq olunması barədə qərar verilməsi tələbi ilə bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda Azərbaycanın 1991-ci ildən müstəqillik əldə etməsinə baxmayaraq, bu sahədə heç bir ciddi addım atılmadığı, məsələnin kifayət qədər gecikdiyi bildirilir.

Qeyd olunub ki, bu vaxt ərzində Azərbaycan müstəqil ölkə kimi dünyada tanınsa da, rus imperiyasından qalma yanlış ənənələrin davam etməsi narahatlıq doğurur: “Rus imperiyasının milli kimliyimizə xəyanət kimi həyata keçirdiyi bu akt hələ də aradan qaldırılmayıb, soyad sonluqlarının milliləşməsi məsələsinə biganə yanaşma isə davam edir. Soyad sonluğunu dəyişmək istəyən insanlar isə ciddi təzyiqlərə məruz qalır, çoxlu güc, əsəb və pul sərf edirlər”.

VHP Azərbaycan soyadlarının sonluğunda -ov, -ev şəkilçilərinin qalmasını bir millət kimi Azərbaycan türklərinin şərəf və ləyaqətinə təhqir hesab edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR