Bank Of Baku

DUİ-də təmsil olunan partiyalar ya seçki bloku yaradacaq, ya da namizədlər KXCP adından irəli sürüləcək

DUİ-də təmsil olunan partiyalar ya seçki bloku yaradacaq, ya da namizədlər KXCP adından irəli sürüləcək
# 19 may 2009 11:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Demokratiya Uğrunda İttifaqda təmsil olunan partiyalar bələdiyyə seçkilərinə ya vahid seçki bloku ilə qatılacaq, ya da namizədlər ittifaqın üzvü olan Klassik Xalq Cəbhəsi Partiyasının adından irəli sürüləcək”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının DUİ-dəki təmsilçisi, millət vəkili Pənah Hüseyn deyib. Onun sözlərinə görə, ittifaqdakı bütün partiyalar seçkidə iştirak barədə qərar qəbul ediblər. Seçkidə iştirak formasının da yaxın vaxtlarda müəyyənləşəcəyini bildirən P. Hüseyn artıq qurumun seçki qərargahının formalaşdırıldığını, özünün isə qurumun koordinatoru vəzifəsini həyata keçirdiyini söyləyib.

Millət vəkili bələdiyyələrin birləşdirilməsi prosesinin qanunazidd olaraq aparıldığını da vurğulayıb: “Hazırda Azərbaycanın müxtəlif rayonlarında bələdiyyələrin birləşdirilməsi prosesi başlanıb. Əslində biz də buna tərəfdarıq. Amma bu proses sakinlərlə məsləhətləşmədən aparılır, birləşmədən sonra statusun necə olacağı izah edilmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR