Bank Of Baku

Aydınlar Partiyası dövlət qeydiyyatı üçün yenidən müraciət edəcək

Aydınlar Partiyası dövlət qeydiyyatı üçün yenidən müraciət edəcək
# 19 may 2009 14:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Aydınlar Partiyası dövlət qeydiyyatına alınması üçün müvafiq dövlət qurumlarına yenidən müraciət edəcək. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Siyasi Şuranın bu gün keçirilən iclasında partiyanın dövlət qeydiyyatına alınmaması pislənilib. İclasda partiyanın rayon təşkilatlarındakı vəziyyət, bələdiyyə seçkilərinə hazırlıq da müzakirə edilib. Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli respublikanın bütün rayonlarında partiyanın yerli təşkilatlarının təsis olunmasını və sentyabra kimi prosesin başa çatmasını vacib sayıb.

İclasda partiyanın bələdiyyə seçkilərində iştirakı dəstəklənib və seçkidə iştirakın forması və digər məsələlərlə bağlı Siyasi Şuranın növbəti toplantısında qərar qəbul etmək nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR