Bank Of Baku

Türkiyə Böyük Birlik Partiyası Asim Mollazadəni partiyanın 4-cü qurultayına dəvət edib

Türkiyə Böyük Birlik Partiyası Asim Mollazadəni partiyanın 4-cü qurultayına dəvət edib
# 19 may 2009 15:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Türkiyə Böyük Birlik Partiyasının (BBP) genəl başqanı Yalçın Topçu Azərbaycan Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadəni partiyanın 4-cü qurultayına dəvət edib. DİP-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dəvət məktubunda Y. Topçu qurultay zamanı 2009-cu ilin martında vertolyot qəzasında həlak olmuş BBP başqanı, Türkiyə Böyük Millət Məclisinin üzvü Muhsin Yazıçıoğlunun siyasi əmanətini qəbul edəcəyini bildirib. Qeyd edək ki, mayın 24-də Ankarada keçiriləcək qurultayda BBP rəhbərliyi yenidən seçiləcək və partiyanın gələcək planları müəyyənləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR