Bank Of Baku

Milli Məclis İnformasiya-kommunikasiya texnologiyalarının ən yaxşı tətbiq olunduğu dövlət qurumu seçilib

Milli Məclis İnformasiya-kommunikasiya texnologiyalarının ən yaxşı tətbiq olunduğu dövlət qurumu seçilib
# 20 may 2009 07:38 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən informasiya cəmiyyətinin inkişafını stimullaşdırmaq üçün müxtəlif nominasiyalar üzrə elan olunan müsabiqə başa çatıb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Milli Məclis dövlət qurumları arasında “İKT-nin geniş tətbiq olunduğu dövlət qurumu” nominasiyasının qalibi olub. Qısa müddət ərzində Milli Məclisdə 300-dən çox istifadəçisi olan lokal şəbəkə, müxtəlif xidmətlər göstərən 16 server, internet və daxili internet səhifələri yaradılıb. İclas zalında deputatlar üçün quraşdırılan 135 kompüter və zalda tətbiq olunan elektron səsvermə Milli Məclisdə qurulan vahid sistemin tərkib hissələridir. Bununla yanaşı, parlamentdə iclasların stenoqramının yazılması, vətəndaşların müraciətləri, qanunvericilik bazası, inzibati ərazi vahidlərinin dövlət reyestri və digər sistemlərdən ibarət İT infrastrukturu yaradılıb .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR