Bank Of Baku

“Polis haqqında” qanuna əlavələr edilməsi müzakirə olunub

“Polis haqqında” qanuna əlavələr edilməsi müzakirə olunub
# 20 may 2009 11:49 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Polis haqqında” qanununa əlavələr edilməsi ilə bağlı məsələ müzakirə olunub. APA-nın məlumatına görə, sənəd haqqında komitə sədri Əli Hüseynov məlumat verib. O bildirib ki, qanuna təklif edilən əlavədə polis orqanlarının yanında ictimai şuralar yaradılmasının mümkünlüyü öz əksini tapıb: “Yaşayış yeri üzrə ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı yaranan sosial problemlərin birgə həlli üçün ayrı-ayrı şəxslər könüllülük əsasında polis orqanları tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmin olunması işinə cəlb edilə bilər. İctimai asayişin və təhlükəsizliyin təmin olunmasında könüllü iştirak edən şəxslərin fəaliyyətinin əlaqələndirilməsi üçün yerli polis orqanlarının yanında ictimai şuralar yaradıla bilər”. Müzakirələrdən sonra sənəd parlamentə tövsiyə edilib.

İclasda həmçinin “Dövlət qulluğu haqqında” qanuna, Mülki-Prosessual Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər də müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR