Bank Of Baku

Milli Demokratik Qüvvələr Birliyi Sədrlər Şurasının toplantısı keçirilib

Milli Demokratik Qüvvələr Birliyi Sədrlər Şurasının toplantısı keçirilib
# 20 may 2009 14:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Milli Demokratik Qüvvələr Birliyi Sədrlər Şurasının toplantısı keçirilib. Birlikdən APA-ya verilən məlumata görə, toplantıda ölkədə və regionda baş verən hadisələr, xüsusilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana və Rusiyaya səfəri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb. Yığıncaqda Azərbaycan Xalq Cümhuriyyətinin 91-ci ildönümü münasibətilə mayın 27-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mərkəzi qərargahında “Azərbaycan Xalq Cümhuriyyəti: tarixi əhəmiyyəti və dərsləri” mövzusunda dəyirmi masanın keçirilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, Milli Demokratik Qüvvələr Birliyi 2002-ci ildə təsis edilib. Quruma Bütöv Azərbaycan Xalq Cəbhəsi, Təkamül və Vahid Azərbaycan Milli Birlik partiyaları daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR