Bank Of Baku

Oqtay Əsədov Estoniyanın sabiq prezidentini qəbul edib

Oqtay Əsədov Estoniyanın sabiq prezidentini qəbul edib
# 20 may 2009 15:51 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin sədri Oqtay Əsədov Estoniyanın sabiq prezidenti Arnold Rüyteli qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, O. Əsədov əlaqələrin inkişafında parlamentlərin rolunun böyük olduğunu deyib. Spiker hər iki ölkənin qanunvericilik orqanında dostluq qruplarının fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib: “Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq təşkilatlarda keçirilən görüşlər təcrübə və informasiya mübadiləsi baxımından çox əhəmiyyətlidir”.

A. Rüytel isə Estoniya-Azərbaycan münasibətlərinin bu günü və inkişaf perspektivləri barədə fikirlərini açıqlayıb. Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR