Bank Of Baku

Bahar Muradova: “Azərbaycan itkin düşən şəxslərlə bağlı qanunvericiliyi zənginləşdirməyə hazırdır, lakin Ermənistan da belə qanun qəbul etməlidir”

Bahar Muradova: “Azərbaycan  itkin düşən şəxslərlə bağlı qanunvericiliyi zənginləşdirməyə hazırdır, lakin Ermənistan da belə qanun qəbul etməlidir”
# 21 may 2009 15:08 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Azərbaycan itkin düşən şəxslərlə bağlı qanun qəbul edib, üzərinə müəyyən öhdəliklər götürməyə hazırdır. Bir şərtlə ki, belə bir qanun paralel olaraq, Ermənistanda da qəbul edilsin. Qanunla müəyyənləşən öhdəliklər birtərəfli olmamalıdır”. APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə itkin düşmüş şəxslər və onların ailələrinin hüquqları ilə bağlı qanunvericiliyin müzakirəsi zamanı çıxış edərkən deyib. Parlamentin vitse-spikeri öhdəliklərin ikitərəfli olmasının vacibliyini önə çəkib. Onun sözlərinə görə, Azərbaycan bu sahədə qanunvericiliyi zənginləşdirməyə hazırdır. B. Muradova məsələnin Azərbaycan üçün aktual olduğunu, ölkənin 4210 vətəndaşının itkin düşdüyünü deyib: “İtkin düşənlərdən 3201-i hərbiçi, 802-si mülki şəxsdir, 7 nəfərin isə hərbiçi və ya mülki şəxs olduğu məlum deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR