Bank Of Baku

Müsavat Partiyası Gənclər Təşkilatının DİN-in binası qarşısında aksiya keçirməsinə razılıq verilməyib

Müsavat Partiyası Gənclər Təşkilatının DİN-in binası qarşısında aksiya keçirməsinə razılıq verilməyib
# 22 may 2009 08:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının Gənclər Təşkilatının mayın 23-nə təyin etdiyi aksiyanın keçirilməsinə razılıq verməyib. BŞİH-nin siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Zaur Ramazanov APA-ya bildirib ki, gənclər aksiyanı Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısında keçirmək niyyətində olublar: “Lakin Nazirlər Kabinetinin qərarı var və həmin qərara görə, dövlət əhəmiyyətli binaların yaxınlığında aksiyaların keçirilməsi qadağan edilir. Daxili İşlər Nazirliyinin binası isə həmin binaların siyahısında birinci yerdədir”.

Qeyd edək ki, Müsavat Gənclər Təşkilatı polislərin son vaxtlar gənclərə qarşı münasibəti, xüsusilə müsavatçı gənclərə qarşı edilən zorakılıq və təqiblərin dayandırılmasını tələbi ilə DİN-in binası qarşısında aksiya keçirmək istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR