Bank Of Baku

Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yeni binasının açılışı olub

Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yeni binasının açılışı olub
# 22 may 2009 11:40 (UTC +04:00)
Bakı – APA. Prezident İlham Əliyev mayın 22-də akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yeni binasının açılışında iştirak edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, binanın baş planı ilə tanış olan dövlət başçısına inşaat işləri haqqında məlumat verilib. Sonra prezident İ. Əliyev institutun yeni binasının açılışını bildirən lenti kəsib, bina ilə yaxından tanış olub.

Dövlət başçısı institutun akt zalında kollektiv qarşısında çıxış edib, Azərbaycanda sosial istiqamətdə, o cümlədən səhiyyə sahəsində görülən işlərdən danışıb.

Sonda prezident institutun səyyar klinika maşını ilə də tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR