Bank Of Baku

ADP Almaniya Bundestaqına təşəkkür məktubu göndərib

ADP Almaniya Bundestaqına təşəkkür məktubu göndərib
# 22 may 2009 13:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) Almaniya Bundestaqına təşəkkür məktubu göndərib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, partiya Almaniya Bundestaqının Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və demokratiyanın gücləndirilməsinə dair qəbul etdiyi qətnaməni alqışlayıb. ADP sədri Sərdar Cəlaloğlunun Bundestaqın prezidenti Norbert Lammertə göndərdiyi məktubda bildirilir ki, qəbul olunan qətnamədə Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla ərazisinin bir hissəsinin Ermənistan dövləti tərəfindən işğal olunması və BMT-nin təcavüzə dərhal son qoyulmasına dair qətnamələrinə baxmayaraq, Azərbaycan torpaqlarının hələ də işğal altında saxlanması obyektiv olaraq qeyd olunub. Buna görə, S. Cəlaloğlu partiya adından Almaniya Bundestaqının üzvlərinə və prezidentinə təşəkkür edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR