Bank Of Baku

Türkiyəyə səfər edən qadın millət vəkilləri mətbuat konfransı keçiriblər

Türkiyəyə səfər edən qadın millət vəkilləri mətbuat konfransı keçiriblər
# 22 may 2009 13:51 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bir qədər əvvəl Türkiyəyə səfər edən Azərbaycan Milli Məclisinin 4 qadın deputatı bu gün brifinq keçirib. APA-nın xəbərinə görə, deputatlar Türkiyə mətbuatında baş nazir Rəcəb Tayyib Ərdoğanın onların dərin əlaqələrinin olması barədə mətbuatın iştirak etmədiyi toplantıda söylədiyi fikirlərə münasibət bildiriblər.

Deputatlar deyiblər ki, Türkiyə mediasında onların barəsində yazılanlar həqiqətə uyğun deyil. Qadın millət vəkilləri yazılanlarla bağlı Türkiyənin Azərbaycanda səfirliyinə etirazlarını bildirdiklərini deyiblər. Onlar qeyd ediblər ki, səfirlikdən bu ifadələrin baş nazirə aid olmadığı deyilib. Tədbirdə iştirak edən millət vəkilləri yazılanları erməni təbliğatı kimi dəyərləndiriblər.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz edən Azərbaycan Milli Məclisinin üzvləri Qənirə Paşayeva, Gülər Əhmədova, Lalə
Abbasova və Aynur Quliyeva Türkiyəyə səfər ediblər. Onlar Türkiyədə bu ölkənin hakim dairələri və millət vəkilləri ilə bir sıra görüşlər keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR