Bank Of Baku

Akif Şahbazov: “Siyasətdə qalmağım birbaşa Rəsul Quliyevin iradəsindən asılıdır”

Akif Şahbazov: “Siyasətdə qalmağım birbaşa Rəsul Quliyevin iradəsindən asılıdır”
# 22 may 2009 15:33 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. “Mənbəyi bəlli olmayan maliyyə vəsaiti ilə siyasi mövcudluğu qoruyub saxlamağın perspektivi yoxdur. İndiki şəraitdə partiyanın mərkəzi və rayon təşkilatlarının potensialını əbəs yerə xərcləməyin tərəfdarı deyiləm. Nə zaman normal şərait yaranacaq və siyasi şərait tələb edəcəksə, o zaman da Açıq Cəmiyyət Partiyasının bənzərsiz və səmərəli fəaliyyətinin şahidi olacaqsınız”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının sədri Akif Şahbazov son vaxtlar partiyadaşları tərəfindən ünvanına səslənən ittihamlara cavab olaraq deyib. O bildirib ki, bu ittihamların heç bir əsası yoxdur. A. Şahbazov hazırda Bakıda yaşadığını və heç bir təsərrüfat işi ilə məşğul olmadığını söyləyib: “Heç bir təsərrüfat subyektim yoxdur. Əslində potensialım çərçivəsində hansısa istehsal və emal sahəsi ilə məşğul olmaqdan çox məmnun qalardım. Lakin siyasətdə olduğum müddətdə hakimiyyətin mənə olan münasibəti Rəsul Quliyevə olan münasibətlə eyniyyət təşkil edib. Hakimiyyətin Rəsul Quliyevə münasibəti dəyişəcəyi təqdirdə, mənə qoyulan qadağalar da aradan qalxacaq. Siyasətdə qalmağım isə birbaşa Rəsul Quliyevin iradəsindən asılıdır. Onun təklifi ilə sədr olmuşam, onun təklifi ilə sədrlikdən uzaqlaşmaqdan məmnun qalardım”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR