Bank Of Baku

Milli Məclis bir sıra qanun layihələrini təsdiqləyib

Milli Məclis bir sıra qanun layihələrini təsdiqləyib
# 22 may 2009 16:30 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, sənəd haqqında parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. Onun sözlərinə görə, bu qanun Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində fəaliyyətin təşkilati-hüquqi, sosial-iqtisadi əsaslarını və dövlət siyasətinin əsas prinsiplərini müəyyən edir, hər kəsin bədən tərbiyəsi ilə məşğul olmaq hüququna təminat verir. Komitə sədri 11 fəsil, 66 maddədən ibarət layihədə bədən tərbiyəsi, uşaq idmanı, paralimpiya hərəkatı, kütləvi idman, fiziki tərbiyə və digər idman sahələrinin əhatə olunduğunu deyib.
Müzakirələr zamanı layihənin vacibliyi və əhəmiyyəti vurğulanaraq, birinci oxunuşda qəbul edilib.
İclasda, həmçinin “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron Dəniz Blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Dövlət Neft Şirkəti, Total E&P Abşeron Bi.Vi. və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi təsdiqlənib.
Deputatlar bundan başqa, “Azərbaycanda Neftçala, Xıllı, Durovdağ-Babazanan neft yataqlarının və Muğan monoklinalın Cənub-Qərb qanadının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Dövlət Neft Şirkəti, Neftçala İnvestments Limited və ARDNŞ-in Otaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsini qəbul ediblər.
İclasda gündəlikdə olan “Azərbaycanda Kürovdağ yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Dövlət Neft Şirkəti, Qlobal Enerci Azərbaycan Limited və ARDNŞ-in Otaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi də yüksək qiymətləndirilərək ratifikasiya edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR