Bank Of Baku

Elmar Məmmədyarov XİN-ə test üsulu ilə işə qəbul olunan gənc əməkdaşlarla görüşüb

Elmar Məmmədyarov XİN-ə test üsulu ilə işə qəbul olunan gənc əməkdaşlarla görüşüb
# 22 may 2009 16:45 (UTC +04:00)
Bakı-APA. Xarici işlər naziri Elmar Məmmədyarov test üsulu ilə Xarici İşlər Nazirliyinə işə qəbul olunan və Azərbaycan Diplomatik Akademiyasında (ADA) altı ay ərzində müvafiq ixtisasartırma kurslarını müvəffəqiyyətlə başa vuran gənc əməkdaşlarla görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri, dünya və regionda baş verən proseslərlə bağlı ölkəmizin mövqeyi, diplomatdan tələb olunan fərdi və peşəkar xüsusiyyətlər barədə danışıb. Sonra gənc diplomatlarla fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb. Görüşdə Diplomatik Akademiyanın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev də iştirak edib.
Kursları bitirən gənc diplomatların bir hissəsi iş təcrübəsi toplamaq məqsədi ilə Azərbaycanın xaricdəki səfirliklərinə bir aylıq ezam olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR