Bank Of Baku

Müsavat Divanının toplantısı keçirilib

Müsavat Divanının toplantısı keçirilib
# 25 may 2009 15:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Müsavat Partiyasının Divanının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda partiya başqanı İsa Qəmbər Türkiyə səfəri haqda məlumat verib və bu iki ölkə arasında münasibətlərin son vaxtlar normallaşdığını deyib. İ. Qəmbər Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Azərbaycana səfərini də təqdir edib. Yığıncaqda İrandakı azərbaycanlıların hüquqları ilə bağlı vəziyyət də müzakirə mövzusu olub. Partiya Güney Azərbaycanda aksiya keçirən azərbaycanlılara qarşı polis təcavüzünü pisləyib və İran hökumətindən insan hüquqlarına hörmətlə yanaşılması tələb edilib. Divan üzvləri İsrail prezidentinin Azərbaycana rəsmi səfərə gəlməsinə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin mənfi reaksiya verməsini pisləyiblər. Partiya hesab edib ki, İranın təhdidlərinin qarşısının alınması məqsədilə, istərsə də köklü maraqlar baxımından Azərbaycanın İsraildə səfirliyinin açılması təmin edilməlidir. Yığıncaqda mayın 28-də Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi qarşısında keçiriləcək tədbirlə bağlı da fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR