Bank Of Baku

Səməd Seyidov: “Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycanla bağlı məsələ müzakirə edilməyəcək”

Səməd Seyidov: “Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycanla bağlı məsələ müzakirə edilməyəcək”
# 26 may 2009 08:06 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Avropa Şurası Parlament Assambleyasının iyunda keçiriləcək yay sessiyasında Azərbaycanla bağlı məsələ müzakirə edilməyəcək. Yalnız iyunun 5-də Monitorinq Komitəsinin Fransanın paytaxtı Parisdə keçiriləcək iclasında Azərbaycan mövzusunda ilkin fikir mübadiləsi aparılacaq. Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova Azərbaycana son səfərləri ilə bağlı Monitorinq Komitəsinə sənəd təqdim edəcəklər”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. S. Seyidov bildirib ki, iyunun 22-26-da keçiriləcək yay sessiyasında əsas müzakirə mövzusu Avropa Şurası baş katibinin seçilməsidir: “Bu vəzifə uğrunda kəskin mübarizə gedir. Bu da Avropa Şurası üçün yaxşı hal deyil. Avropa Şurası Nazirlər Komitəsi tərəfindən məsləhət görülən iki namizəd AŞ PA tərəfindən qəbul olunmayıb. Parlament Assambleyası tərəfindən həmin iki namizədin ümumi siyahıdan çıxarılması da Avropa Şurasında problemə səbəb olub. Həmişə demokratiyadan danışan, alternativliyin təmin olunması naminə çıxış edən Avropa Şurası indi özü problem içindədir. Problemin yaranmasının səbəblərindən biri Avropa Şurasının özünün müxtəlif problemlərin təhlilinə o qədər də ciddi yanaşmamasıdır. İllərlə yığılan problemlər bu şəkildə özünü göstərir”.

S. Seyidov Avropa Şurasının fəaliyyətindəki bəzi məqamları da tənqid edib: “Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Ermənistanla bağlı məruzənin dinlənilməsi nəzərdə tutulur. Ancaq bu müzakirələrin yekunu olaraq ciddi qərarın qəbul olunacağını gözləmirəm. Biz artıq Avropa Şurasının bu istiqamətdə siyasətini gördük. Ermənistanda baş verən antidemokratik hallar nə qədər də müzakirə olunsa da, bu ölkədə müsbət dəyişikliklər yoxdur. Ermənistan Avropa Şurasında qəbul olunan sənədləri heç bir şəkildə nəzərə almır. Heç bu fikirdə də deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR