Bank Of Baku

Bəzi solçu partiyalar bələdiyyə seçkilərində birgə iştirak edəcək

Bəzi solçu partiyalar bələdiyyə seçkilərində birgə iştirak edəcək
# 26 may 2009 09:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanın sol yönümlü partiyaları bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində birgə iştirak təşəbbüsü ilə çıxış ediblər. Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov APA-ya bildirib ki, bu məqsədlə sol partiyalar arasında bir neçə görüş keçirilib. Bu istiqamətdə ilkin addım olaraq sol partiyaların birgə forumu keçiriləcək. Forumun sentyabrda keçirilməsinin nəzərdə tutulduğunu deyən R. Qurbanov tədbirdə 3 sol yönümlü partiyanın – AKP, Azərbaycan Xalq Sosialist və Azərbaycan Demokratik Sol partiyalarının iştirak edəcəyini söyləyib: “Biz özünü sol partiya adlandıran digər qurumları ciddi qüvvə hesab etmirik. Çünki onların yalnız sədrləri və möhürləri var. Hətta bəzilərinin heç möhürü də yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR