Bank Of Baku

Ombudsman haqqında qanuna dəyişiklik edilməsi barədə layihə MM-in müzakirəsinə çıxarılıb

Ombudsman haqqında qanuna dəyişiklik edilməsi barədə layihə MM-in müzakirəsinə  çıxarılıb
# 26 may 2009 09:53 (UTC +04:00)
Bakı-Elbrus Seyfullayev-APA. Milli Məclisin (MM) yaz sessiyasının növbəti iclası başlayıb. APA-nın xəbərinə görə, iclasda “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” qanuna dəyişiklik edilməsi barədə layihə müzakirəyə çıxarılıb. Layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov məlumat verir. Ə. Hüseynov bildirib ki, layihə parlamentin müzakirəsinə MM üzvlərinin təşəbbüsü ilə çıxarılıb. Komitə sədri qanunun 4.2 və 4.3-cü maddələrinə dəyişiklik təklif edildiyini deyib. O bildirib ki, 4.2-ci maddəyə təklif edilən dəyişikliyə əsasən eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. 4.3-cü maddəyə təklif edilən dəyişiklikdə isə bildirilir ki, müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə o səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni müvəkkil seçildiyi gündən bitmiş hesab edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR