Bank Of Baku

Müsavat Partiyasında Məhəmməd Əmin Rəsulzadənin nəvəsi ilə görüş keçirilib

Müsavat Partiyasında Məhəmməd Əmin Rəsulzadənin nəvəsi ilə görüş keçirilib
# 27 may 2009 13:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Müsavat Partiyasının qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə ilə partiya rəhbərliyinin görüşü keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, AXC-nin yaranmasının ildönümü ərəfəsində keçirilən görüşdə Müsavat başqanı İsa Qəmbəri cümhuriyyətin əhəmiyyətindən, onun yaradıcılarının xidmətlərindən danışıb. O AXC-nin mövcud olduğu 2 il ərzində dövlət quruculuğu, ərazi bütövlüyü və azad vətəndaş cəmiyyətinin yaradılması istiqamətində görülən işləri yüksək qiymətləndirib, həmin cümhuriyyətdən qalan zəngin mirasla Azərbaycanın tərəqqisinə nail olmağı mümkün sayıb.

R. Rəsulzadə görüşün təşkili üçün minnətdarlığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR