Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 91 il ötür
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;
6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
M. Ə. Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumda Osmanlı İmperiyası ilə danışıqlar apardığından İstiqlal Bəyannaməsinin elan olduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edirdi. Mustafa Mahmudovun katib olduğu iclasda Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli (bolşevik N. Nərimanov deyil-red.), Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə iştirak ediblər.
AXC elan olunarkən ərazisi 99908,86 km² olub, 13983,1 km² ərazi isə mübahisəli kimi qəbul olunaraq, Ermənistanla aparılacaq gələcək danışıqlar prosesində həlli nəzərdə tutulub.
Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibini də təsdiqlənib. İlk hökumətin tərkibi belə idi:
Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri
Xosrov Paşa bəy Sultanov - hərbi nazir
Məmmədhəsən Hacınski - xarici işlər naziri
Nəsib bəy Yusifbəylı - maliyyə naziri və xalq maarif naziri
Xəlil bəy Xasməmmədov - ədliyyə naziri
Məmmədyusif Cəfərov - ticarət və sənaye naziri
Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri
Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt-teleqraf naziri
Camo bəy Hacınski - Dövlət nəzarətçisi
AXC elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib.
1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.
1918-ci il dekabrın 7-də saat 13.00-da Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M. Ə. Rəsulzadə geniş təbrik nitqi söyləyib.
“Müsavat” fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Ə. Topçubaşov Paris sülh konfransında olduğundan parlamentə H. Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasındaca F. Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən F. Xoyskiyə tapşırılıb.
AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) aiddir.
Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edib. AXC Parlamentində 11 komissiya olub.
AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, o cümlədən milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb.
Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşeviklər tərəfindən devrilib.
Qeyd edək ki, AXC-nin müstəqilliyi ilk olaraq 1918-ci il iyunun 4-də Osmanlı İmperiyası tərəfindən rəsmən tanınıb.
Daxili siyasət
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Xəbər Lenti
Sibiqa: Türkiyə Zelenski-Putin görüşünə ev sahibliyi edə bilər
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
Sabahın hava proqnozu açıqlanıb
Əhalinin yanacaq xərcləri bu il 5%-dən çox artıb
Bakı üzrə yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb
Rusiya XİN: Cənubi Qafqazda sülh və sabitlik bizim üçün vacibdir
Qubada hamilə iynədən şoka düşüb, əməliyyatdan sonra ölüb - YENİLƏNİB
"Birbank"la bütün suallara cavab almağın QISA YOLU VAR
Azərbaycan-Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib
Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub - YENİLƏNİB
AQTA: Gəncə və Samuxdakı kütləvi zəhərlənmələrin səbəbi evdə hazırlanan lavaşdır
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha iki neft tankerini vurub
Zərdabda 1,4 ton narkotik bitki məhv edilib
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
Hakan Fidan Qara dənizin təhlükəsizliyini təhdid edən hadisələrin narahatlıqları daha da artırdığını deyib
Azərbaycanda "yaşıl enerji" istehsalı artıb
İran ordusu regional infrastruktura hücumlarla bağlı xəbərdarlıq edib: Hörmüz boğazı “qırmızı xətt”imizdir
"Arzum 9999" ləqəbli tiktokerin şikayəti üzrə məhkəmə başlayır
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Əlcəzairdə internatda yanğın baş verib, 11 nəfər ölüb
Hakan Fidan Ukraynada Sibiqa ilə görüşüb
Xalq rəssamı Tahir Salahovun Ev-Muzeyi "Baku Steel Company"nin dəstəyi ilə yenilənəcək
“Bir Pəncərə” Rəqəmsal Logistika Platformasının rəsmi təqdimatı keçirilib
Fələstin dövlətinin Baş naziri Fəxri xiyabanı ziyarət edib
Altı ayda əlilliyi olan 7424 şəxsə 297 min reabilitasiya vasitəsi verilib
Müdafiə nazirinin vəzifədən uzaqlaşdırılması Kiyevdə etirazlara və istefalara səbəb olub
Fələstin Dövlətinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib
Hikmət Hacıyev Pakistan televiziyasına müsahibə verib: Şuşa Qlobal Media Forumu həm də intellektual dialoqdur - VİDEO
Prezident: Azərbaycan paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyir
"Azər Türk Bank"ın rəhbərliyində dəyişiklik olacaq
Şəmkirdə kütləvi zəhərlənmə ilə bağlı restoranın fəaliyyəti dayandırılıb, araşdırma gedir- YENİLƏNİB - FOTO
Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Küləyin sürəti 21 m/s-ə çatır - FAKTİKİ HAVA
Tramp Prezident İlham Əliyevin Şuşa Forumunda çıxışı əsasında hazırlanmış materialı paylaşıb
Bilgəhdə dənizdə bir nəfər batıb
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bu ay Elm və Təhsil Nazirliyinə 47 483 vətəndaş müraciəti daxil olub
Azərbaycan nəqliyyatda rəqəmsallaşma üçün Türkiyə və Rusiya ilə danışıqlar aparır
Azərbaycanla UN-Habitat arasında Şərqi Zəngəzurda yaşayış məntəqələrinin layihələndirilməsinə dair Saziş imzalanıb
Milli Depozit Mərkəzinin rəhbərliyinə təyinat olub
Nazir müavini: “Bir Pəncərə" mərhələli şəkildə bütün xarici ticarət proseslərini əhatə edəcək
"Bir pəncərə” sistemi ilə xarici ticarət xidmətləri vahid platformada təqdim olunacaq
Ukrayna ordusu Bryansk vilayətinə raket zərbəsi endirib, 2 nəfər ölüb
APA TV-də XƏBƏRAPARAN - CANLI
Starmer Kiyevə gedib
Bakıda yanğın təhlükəli istehsalat sexinin fəaliyyəti dayandırılıb - VİDEO
Zərdabda yol qəzasında 3 nəfər xəsarət alıb