Prezident İlham Əliyev: “Danışıqlar masasında Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur, ola da bilməz”
BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamənin qəbul edildiyini xatırladan prezident bu qətnamələrin erməni qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini diqqətə çatdırıb: “Ancaq onlara məhəl qoyulmur. Digər beynəlxalq təşkilatların qərarları bizim mövqeyimizi dəstəkləyir. Biz çalışırıq və çalışacağıq ki, bütün beynəlxalq təşkilatlarda öz siyasi və diplomatik fəaliyyətimizi daha da gücləndirək və məsələnin tezliklə həll edilməsinə nail olaq. Bəzi hallarda Ermənistan tərəfi xalqların öz müqəddəratını təyinetmə prinsiplərini ərazi bütövlüyü prinsipləri ilə bərabər, eyni səviyyədə göstərmək istəyir. Ancaq bu, yalnız məsələ ilə tanış olmayan, siyasətlə məşğul olmayan insanlar tərəfindən qəbul edilə bilər. Təsadüfi deyil ki, dünya ictimaiyyəti bu yanaşmanı inkar edir. 1975-ci il Helsinki Yekun Aktına baxmaq, onu yaxşı oxumaq kifayətdir, orada hər şey göstərilib. Ərazi bütövlüyü prinsipləri əsas prinsiplərdir. Xalqların öz müqəddəratını həll etmə, müəyyən etmə məsələsi ərazi bütövlüyünü pozmamalıdır, ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil etməməlidir. Bir də ki, Ermənistan artıq müstəqil dövlətdir və erməni xalqı öz müqəddəratını bir dəfə təyin edib. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt imkan verməyəcək”.
Dövlət başçısı hazırda danışıqların daha da intensiv xarakter daşıdığını qeyd edərək, Azərbaycanın bütün dövrlərdə olduğu kimi, konstruktiv, ədalətli və beynəlxalq hüquqa əsaslanmış mövqe ortaya qoyduğunu söyləyib: “Bu gün danışıqlar masası üzərində işğal edilmiş bütün torpaqların Azərbaycana qaytarılması, bütün köçkünlərin doğma torpaqlarına qayıtması məsələsi var. Bir daha bəyan etmək istəyirəm - çünki bu məsələ ilə əlaqədar vaxtaşırı müxtəlif spekulyasiyalar irəli sürülür - danışıqlar masasında Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur, ola da bilməz. Nə bu gün, nə 10 ildən, nə 100 ildən sonra Dağlıq Qarabağ müstəqil dövlət olmayacaq. Azərbaycanın mövqeyi birmənalıdır. Bütün təzyiqlərə baxmayaraq, bu mövqeyi biz axıra qədər müdafiə edəcəyik”.
Atəşkəsdən keçən 15 il ərzində Azərbaycanın konstruktiv mövqeyi nümayiş etdirdiyini bir daha təkrarlayan prezident bununla bərabər, ordu quruculuğuna da çox böyük diqqət yetirildiyini söyləyib: “Heç kim bu gün Azərbaycana döyüş meydanında öz iradəsini diktə edə bilməz. Biz qısa müddət ərzində - cəmi üç il ərzində güclü və böyük perspektivi olan müdafiə sənayesini yaratmışıq, üç il ərzində ilkin istehsalatdan artıq böyük istehsalata başlamışıq. Bu gün Azərbaycan müdafiə sənayesinin istehsal etdiyi avadanlıq beynəlxalq sərgilərdə nümayiş etdirilir və yüksək qiymət alır. Biz öz müdafiə gücümüzü daha da artıracağıq. Bu məqsədlər üçün nə qədər vəsait lazımdırsa, ayrılacaq. Bəzi hallarda beynəlxalq ictimaiyyətdə belə bir fikir yaranır ki, Azərbaycan bu istiqamətdə çox böyük işlər görür və bu siyasət narahatlıq doğurur. Biz sadəcə olaraq, öz təbii hüququmuzdan istifadə edirik. Biz öz vəsaitimizi xərcləyirik, Azərbaycan xalqının zəhməti hesabına qazanılmış vəsaiti ordumuzun güclənməsinə sərf edirik. Bu gün Azərbaycanın artan iqtisadi qüdrəti bizə imkan verir ki, ordu quruculuğuna 2 milyard dollar vəsait xərcləyək. Bu rəqəm Ermənistanın bütün büdcəsinə bərabərdir. Növbəti illərdə Ermənistanla Azərbaycan arasında bu gün mövcud olan böyük uçurum daha da dərinləşəcək, genişlənəcək, Azərbaycan daha da qüdrətli dövlətə çevriləcək, Ermənistan isə işğalçı siyasəti nəticəsində bütün beynəlxalq layihələrdən təcrid olunmuş vəziyyətdə qalmalıdır və qalacaq. Biz bundan sonra da Ermənistanı bütün regional və qlobal layihələrdən təcrid etmək üçün öz siyasətimizi davam etdirəcəyik, o vaxta qədər ki, torpaqlarımız azad olunacaq”.
Prezident İ. Əliyev Azərbaycanın sülhsevər dövlət olduğunu bir daha vurğulayıb: “Biz sülhməramlı siyasət aparır, bütün ölkələrlə dostluq, mehribanlıq şəraitində yaşamaq istəyirik. Ancaq geniş mənada regional əməkdaşlığın təmin edilməsi üçün Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, işğalçı qüvvələr torpaqlarımızdan çıxarılmalıdır. Biz istəyirik ki, bölgədə bütün ölkələr bir-biri ilə yaxşı əlaqədə olsun. Ancaq bunu etmək üçün başlıca şərt Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Hesab edirəm ki, bunu artıq hamı bilməli və bu məsələnin həllinə çalışmalıdır. Bu, yeganə məsələdir ki, biz son beş il ərzində bunu həll edə bilməmişik. Bunun da səbəbi aydındır, çünki bu, təkcə bizdən asılı deyil. Eyni zamanda, ona görə ki, biz hələ sülh danışıqlarına ümidliyik, biz hələ bütün imkanlardan istifadə etmək istəyirik. Bizdə hələ ümidlər var ki, nəhayət, Ermənistan reallıqları, düşdüyü vəziyyəti dəqiq təhlil edərək düzgün nəticə çıxaracaq”.
Daxili siyasət
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Xəbər Lenti
Sibiqa: Türkiyə Zelenski-Putin görüşünə ev sahibliyi edə bilər
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
Sabahın hava proqnozu açıqlanıb
Əhalinin yanacaq xərcləri bu il 5%-dən çox artıb
Bakı üzrə yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb
Rusiya XİN: Cənubi Qafqazda sülh və sabitlik bizim üçün vacibdir
Qubada hamilə iynədən şoka düşüb, əməliyyatdan sonra ölüb - YENİLƏNİB
"Birbank"la bütün suallara cavab almağın QISA YOLU VAR
Azərbaycan-Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib
Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub - YENİLƏNİB
AQTA: Gəncə və Samuxdakı kütləvi zəhərlənmələrin səbəbi evdə hazırlanan lavaşdır
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha iki neft tankerini vurub
Zərdabda 1,4 ton narkotik bitki məhv edilib
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
Hakan Fidan Qara dənizin təhlükəsizliyini təhdid edən hadisələrin narahatlıqları daha da artırdığını deyib
Azərbaycanda "yaşıl enerji" istehsalı artıb
İran ordusu regional infrastruktura hücumlarla bağlı xəbərdarlıq edib: Hörmüz boğazı “qırmızı xətt”imizdir
"Arzum 9999" ləqəbli tiktokerin şikayəti üzrə məhkəmə başlayır
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Əlcəzairdə internatda yanğın baş verib, 11 nəfər ölüb
Hakan Fidan Ukraynada Sibiqa ilə görüşüb
Xalq rəssamı Tahir Salahovun Ev-Muzeyi "Baku Steel Company"nin dəstəyi ilə yenilənəcək
“Bir Pəncərə” Rəqəmsal Logistika Platformasının rəsmi təqdimatı keçirilib
Fələstin dövlətinin Baş naziri Fəxri xiyabanı ziyarət edib
Altı ayda əlilliyi olan 7424 şəxsə 297 min reabilitasiya vasitəsi verilib
Müdafiə nazirinin vəzifədən uzaqlaşdırılması Kiyevdə etirazlara və istefalara səbəb olub
Fələstin Dövlətinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib
Hikmət Hacıyev Pakistan televiziyasına müsahibə verib: Şuşa Qlobal Media Forumu həm də intellektual dialoqdur - VİDEO
Prezident: Azərbaycan paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyir
"Azər Türk Bank"ın rəhbərliyində dəyişiklik olacaq
Şəmkirdə kütləvi zəhərlənmə ilə bağlı restoranın fəaliyyəti dayandırılıb, araşdırma gedir- YENİLƏNİB - FOTO
Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Küləyin sürəti 21 m/s-ə çatır - FAKTİKİ HAVA
Tramp Prezident İlham Əliyevin Şuşa Forumunda çıxışı əsasında hazırlanmış materialı paylaşıb
Bilgəhdə dənizdə bir nəfər batıb
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bu ay Elm və Təhsil Nazirliyinə 47 483 vətəndaş müraciəti daxil olub
Azərbaycan nəqliyyatda rəqəmsallaşma üçün Türkiyə və Rusiya ilə danışıqlar aparır
Azərbaycanla UN-Habitat arasında Şərqi Zəngəzurda yaşayış məntəqələrinin layihələndirilməsinə dair Saziş imzalanıb
Milli Depozit Mərkəzinin rəhbərliyinə təyinat olub
Nazir müavini: “Bir Pəncərə" mərhələli şəkildə bütün xarici ticarət proseslərini əhatə edəcək
"Bir pəncərə” sistemi ilə xarici ticarət xidmətləri vahid platformada təqdim olunacaq
Ukrayna ordusu Bryansk vilayətinə raket zərbəsi endirib, 2 nəfər ölüb
APA TV-də XƏBƏRAPARAN - CANLI
Starmer Kiyevə gedib
Bakıda yanğın təhlükəli istehsalat sexinin fəaliyyəti dayandırılıb - VİDEO
Zərdabda yol qəzasında 3 nəfər xəsarət alıb