Bank Of Baku

Bir qrup millət vəkili Tovuz rayonunda səfərdə olub - FOTOSESSİYA

Bir qrup millət vəkili Tovuz rayonunda səfərdə olub - <font color=red>FOTOSESSİYA</font>
# 29 may 2009 07:42 (UTC +04:00)
Tovuz. Cəmşid Bəxtiyar – APA. Millət vəkilləri Qənirə Paşayeva, Aydın Həsənov, Baba Tağıyev, yazıçı Elçin Hüseynbəyli, şair Elxan Zal, müğənni Eliza Seyidcahan və digər ictimaiyyət nümayəndələrindən ibarət qrup 28 May - Respublika Günü münasibətilə Tovuz rayonunda səfərdə olublar. APA-nın qərb bürosunun məlumatına görə, millət vəkilləri əvvəlcə şəhərin mərkəzində H. Əliyevin abidəsini, sonra Şəhidlər Xiyabanını ziyarət ediblər. Bunda sonra cəbhə bölgəsinə gedən millət vəkilləri burada N saylı hərbi hissənin əsgərləri ilə görüşüblər. Əsgərlər qarşısında çıxış edən Q. Paşayeva şərqdə ilk demokratik cümhuriyyətin qurucusu olan xalqımızın müstəqillik yolundakı uğurlarında Milli Ordumuzun rolundan danışıb.

Görüş əsgərlərin nümunəvi çıxışları ilə davam etdirilib. Millət vəkilləri fərqlənən əsgərlərə maqnitofon, şahmat taxtası, E. Hüseynbəyli və E. Zalın kitablarından ibarət müxtəlif hədiyyələr təqdim ediblər. Sonda müğənni E. Seyidcahan və “Ozan” qrupu milli-vətənpərvərlik mahnıları ilə əsgərlər qarşısında çıxış edib.

Bundan başqa, hərbi hissədə Elçin Hüseynbəylinin “Şah Abbas”, “Metro vadisi” və şair Elxan Zalın yeni şerlərindən ibarət kitabların təqdimatı da keçirilib. Tədbirdə çıxış edən millət vəkili Q. Paşayeva bunu yeni ənənənin başlanğıcı adlandırıb və belə kitabların əsgərlərimizin vətənpərvərlik hisslərinin yüksəlişi üçün qiymətli stimul olacağına inamını ifadə edib. Sonda yazarlar yeni kitablarının nüsxələrini əsgərlərə hədiyyə ediblər.

Q. Paşayeva səfər çərçivəsində Tovuz şəhərində Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Muzeyində seçiciləri ilə də görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR