Bank Of Baku

Azərbaycan Aydınlar Partiyası bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək

Azərbaycan Aydınlar Partiyası bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək
# 29 may 2009 12:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Aydınlar Partiyası bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək. Partiyanın sədri Qulamhüseyn Əlibəyli APA-ya açıqlamasında bildirib ki, dövlət qeydiyyatına alınacağı halda üzvlər seçkidə partiya adından, əks təqdirdə isə müstəqil namizəd kimi iştirak edəcəklər. Partiya sədri seçkidə blok şəklində iştirak edəcəklərini də istisna etməyib: “Bununla bağlı müəyyən məsləhətləşmələr olub. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və Böyük Quruluş Partiyasından belə təşəbbüs gəlib. Onlara açıq şəkildə ifadə etmişik ki, seçkilərdə bu partiyalarla blok şəklində iştirak edə bilərik. Amma hələlik bununla bağlı konkret qərar yoxdur”. Seçkilərlə bağlı siyasi qüvvələrin hazırlıqlara başlamasını vacib sayan Q. Əlibəyli bu prosesə gecikdiklərini deyib: “İndidən bu barədə qərar qəbul edilməlidir ki, digər məsələlər dəqiqləşsin. Azərbaycan şəraitində siyasətin özünəməxsus xüsusiyyəti var və bir də görürsən bütün məsələlər son anda həll olunur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR