Bank Of Baku

MM-in birinci vitse-spikeri orduda “dedovşina” və kütləvi zəhərlənmə faktına münasibət bildirib

MM-in birinci vitse-spikeri orduda “dedovşina” və kütləvi zəhərlənmə faktına münasibət bildirib
# 29 may 2009 13:24 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. “Azərbaycan Ordusunda “dedovşina” faktı yoxdur”.
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin (MM) birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib. Onun sözlərinə görə, orduda baş verən kiçik hadisələri şişirdilmiş problem kimi göstərməyə ehtiyac yoxdur: “Ordu da cəmiyyətin bir hissəsidir, orada hansısa bir hadisə, o cümlədən cinayət hadisəsi baş verə bilər”.
Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Təlim Mərkəzində baş verən kütləvi zəhərlənməyə münasibət bildirən birinci vitse-spiker deyib ki, əsgərlər arasında zəhərlənmə halı olmayıb: “Əsgərləri müayinə üçün gətiriblər, panika baş verib. Məlum olub ki, zəhərlənmə yoxdur. Milli Məclisin Təhlükəsizlik və müdafiə Komitəsinin sədr müavini Aydın Mirzəzadə orada olub. Mən də telefonla əlaqə saxlayıb maraqlanmışam. Orada zəhərlənmə faktı yoxdur. Altı əsgərdə müəyyən xəstəliklər aşkarlanıb bu da zəhərlənmə deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR