Bank Of Baku

Pənah Hüseyn Ziyafət Əsgərovla aralarında baş verən insidentlə bağlı parlamentin Nizam-intizam komissiyasına müraciət etməyəcək

Pənah Hüseyn Ziyafət Əsgərovla aralarında baş verən insidentlə bağlı parlamentin Nizam-intizam komissiyasına müraciət etməyəcək
# 30 may 2009 09:17 (UTC +04:00)
Millət vəkili Milli Məclisin mayın 29-da keçirilən iclasında tribunaya çıxmaqda məqsədinin qarışıqlıq yaratmaq olmadığını söyləyib. O, baş verənlərin məqsədyönlü olaraq edildiyini bildirib: “Ziyafət Əsgərov Milli Məclisin spikerliyi uğrunda yarışa girib. O, hər kəsə göstərmək istəyir ki, spiker olarsa, müxalifətə qarşı belə davrana bilər. Kiminsə valideynini söymək universitet müəlliminə yaraşarmı? Spiker olmaq üçün kiminsə valideyninin ünvanına təhqiramiz ifadələr işlətməkdən belə çəkinməmək biabırçılıqdır”.

P. Hüseyn indiyədək spiker Oqtay Əsədovun ən gərgin məqamlarda belə etik prinsipləri gözlədiyini də deyib.

Millət vəkili həmkarı Əhəd Abıyevin tribunaya qalxaraq onu düşməyə dəvət etməsini də təbii qarşılayıb: “Orada Əhəd Abıyevlik heç nə yox idi. Əslində, çıxış növbəsi məndən sonra onun idi. Bir də ki, mən tribunaya öz etirazımı bildirməyə çıxmışdım. Orada qalmaq fikrim yox idi”.

Z. Əsgərov isə məsələ ilə bağlı danışmaq istəməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR