Bank Of Baku

Azərbaycan prezidenti qeydiyyatsız dini icmaların fəaliyyətini qadağan edən qanunu təsdiqləyib

Azərbaycan prezidenti qeydiyyatsız dini icmaların fəaliyyətini qadağan edən qanunu təsdiqləyib
# 31 may 2009 11:56 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının “Dini etiqad azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması haqqında təkliflərini prezidentə təqdim etsin.

Fərmanla müəyyən edilib ki, “Dini etiqad azadlığı haqqında” qanunda nəzərdə tutulmuş xüsusi razılığın (lisenziyanın) verilməsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi nəzərə alınmaqla Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Xatırladaq ki, Azərbaycan Milli Məclisi “Dini etiqad azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə” qanunu bu il mayın 8-də qəbul edib.

Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna əlavə və dəyişikliklərin bir qismi referendumdan irəli gələn məsələlərlə bağlıdır. Dəyişikliklərə əsasən, dini qurumlar yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə biləcək, eyni zamanda onlara yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunan ünvanda fəaliyyət göstərməyə icazə verilir. Dini qurumların fəaliyyəti və ya onların qarşısına qoyduğu məqsədlər Azərbaycan Konstitusiyasına zidd olduqda, yaradılan qurum dini qurum qismində tanınmadıqda və digər hallarda onların qeydiyyata alınmasından imtina edilə bilər. Eyni zamanda, dini qurumların qeydiyyatı yalnız məhkəmə qərarı ilə ləğv edilə bilər. Hər hansı dini qurumun fəaliyyəti dünyəvi təhsilin alınmasına mane olduqda, ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulmasına, terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxribata və digər ekstremist əməllərə yönəlik hərəkətlər edilməsi, dini etiqadın, dini həyat tərzinin və ya ibadətlərin zor işlədilməklə, zor işlədilməsi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq, yaxud insanlar arasında nifaq salma məqsədi ilə təbliğ olunması, dini etiqada məcbur etmə, insan ləyaqətini alçaldan və insanpərvərlik prinsiplərinə zidd dinin yayılması və ya təbliğ edilməsi halları qeydə alındıqda dini qurumun qeydiyyatı ləğv oluna bilər.

Qanunda nəzərdə tutulan daha bir dəyişikliyə əsasən, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR