Bank Of Baku

Azərbaycan Kommunist Partiyası bələdiyyə seçkilərində iştirak barədə qərar qəbul edib

Azərbaycan Kommunist Partiyası bələdiyyə seçkilərində iştirak barədə qərar qəbul edib
# 01 iyun 2009 09:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Kommunist Partiyası (AKP) bu ilin sonunda Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək qərarı qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, AKP-nin Mərkəzi Komitəsinin büro iclasında qısa müddətdə seçkilərdə namizədliyi irəli sürüləcək şəxslərin siyahılarının hazırlanması qərara alınıb. İclasda həmçinin, solyönümlü partiyaların seçkilərdə birgə iştirak etməsi təklifi irəli sürülüb. Bu barədə sentyabr ayına nəzərdə tutulan Sol Qüvvələrin Forumundan sonra digər partiyalarla müzakirələrin aparılması planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR