Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının müraciətinə baxmayıb

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının müraciətinə baxmayıb
# 01 iyun 2009 16:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirməklə bağlı müraciətinə baxmayıb. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, şəhər rəhbərliyindən müraciətin qanunda nəzərdə tutulduğu kimi, aksiyanın təyin olunduğu vaxtdan 5 gün əvvəl təqdim edilmədiyi deyilib: “Amma bu, doğru deyil, biz müraciəti altı gün əvvəldən şəhər rəhbərliyinə təqdim etmişik. Ona görə də İcra Hakimiyyətinin cavabını nə “hə”, nə də “yox” kimi qəbul edirik və sabah təyin etdiyimiz vaxtda aksiyanı keçirəcəyik”.

A. Hacılı bildirib ki, aksiyada İran hakimiyyətinin azərbaycanlılara qarşı başladığı təqib və təzyiq kampaniyasının dayandırılması tələb olunacaq, həmçinin İranın Silahlı Qüvvələrinin rəhbərinin Azərbaycanı təhdid edən bəyanatına etiraz ifadə ediləcək. Piketdə 50 nəfərin iştirakı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR