Bank Of Baku

Azərbaycan prezidenti: “Bütün alğı-satqı müqavilələrində qiymət ədalətli olmalı, bir tərəfin maraqları digər tərəfin hesabına təmin edilməməlidir”

Azərbaycan prezidenti: “Bütün alğı-satqı müqavilələrində qiymət ədalətli olmalı, bir tərəfin maraqları digər tərəfin hesabına təmin edilməməlidir”
# 02 iyun 2009 08:14 (UTC +04:00)
APA-nın xəbərinə görə, sərginin açılışında qeyd olunub ki, sərginin keçirilməsi neft və qaz sənayesinin inkişafına yönəlib. Azərbaycan enerji sektorunda bütün Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Tədbirdə 22 ölkədən 300-ə yaxın şirkət iştirak edir. Onlardan 60-ı ilk dəfədir ki, sərgiyə qatılıb.

Sərgidə Azərbaycan prezident İlham Əliyev çıxış edib. Dövlət başçısı deyib ki, 1994-cü ildən başlayaraq Azərbaycanın neft-qaz sektoruna diqqət artıb, həmin il “Əsrin kontraktı” imzalanıb: “Baxmayaraq ki, həmin vaxt Azərbaycanda ictimai-siyasi vəziyyət sabit deyildi, ölkə çox riskli hesab olunurdu, belə bir müqavilə imzalandı. Belə bir vaxtda bu, çox böyük hadisə idi”.

Azərbaycanın qitənin enerji təhlükəsizliyində böyük rol oynadığını qeyd edən prezident neft amilinin ölkəmiz üçün məqsəd yox, vasitə olduğunu bildirib. Prezident deyib ki, dünyada hökm sürən maliyyə böhranına baxmayaraq, bu il Azərbaycanın ümumi iqtisadi inkişafı 4,3 faiz, qeyri-neft sektorunun inkişafı isə 13,7 faiz təşkil edib: “Xarici şirkətlər Azərbaycana dəvət olunub, ölkəyə böyük investisiyalar cəlb edilib. Su altında və çox dərinliklərdə olan sərvətlərimizdən belə istifadə olunur. Bu gün Azərbaycanın iştirakçısı olduğu 7 qaz və neft kəməri var. Regionda çox gərgin vəziyyət olmasına baxmayaraq, iş çox uğurla gedir. Azərbaycan elektrik enerjisinin ixracatçısı kimi çıxış edir. Regional müstəvidə çox fəal əməkdaşlıq müşahidə olunur. Azərbaycan, Gürcüstan və Türkiyənin birgə layihələri çox uğurla həyata keçirilir”.

İ. Əliyev onu da deyib ki, növbəti addımlar da ilk növbədə Azərbaycanın milli maraqlarına xidmət edəcək, eyni zamanda beynəlxalq səviyyədə öz töhfəsini verəcək: “Bu il neft hasilatı 45 milyon ton, qaz hasilatı isə 25-27 milyard/kub metr təşkil edəcək. Azərbaycanın qaz ehtiyatı 2-5 trilyon kub/metr səviyyəsindədir. Bu o deməkdir ki, Azərbaycan gələcəkdə də etibarlı tərəfdaş rolunu oynayacaq”. İ. Əliyev onu da deyib ki, Azərbaycanın neft-qaz sahəsində əldə olunan şəffaflıq mühüm əhəmiyyət kəsb edir: “Biz bu istiqamətdə beynəlxalq təşəbbüsə ilk qoşulan ölkələrdənik. Şəffaflıq bütün maliyyə sektoruna aid edilməlidir. Azərbaycanda neft-qaz gəlirlərindən səmərəli istifadə olunur”.

Prezident enerji təhlükəsizliyinin çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “İstehlakçılar, tranzit və istehsalçılar arasında əməkdaşlıq azad, ədalətli və sağlam şəraitdə qurulmalıdır. Beynəlxalq normalar gözlənilməlidir. Qiymət, tranzit şərtləri ədalətli olmalıdır. Yalnız belə yanaşma normal əməkdaşlığa şərait yaradar. Azərbaycanın iştirakı olmadan enerji təhlükəsizliyi tam təmin oluna bilməz. Son vaxtlar neft-qaz məsələsi bir qədər siyasiləşib. Biz hesab edirik ki, bütün alğı-satqı müqavilələrində qiymət ədalətli olmalı, bir tərəfin maraqları digər tərəfin hesabına təmin olunmamalıdır”.

Dövlət başçısı daha sonra sərgi ilə tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR