Bank Of Baku

Müsavat Partiyası Bakının mərkəzində etiraz aksiyası keçirib

Müsavat Partiyası Bakının mərkəzində etiraz aksiyası keçirib
# 02 iyun 2009 09:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Müsavat Partiyası İran İslam Respublikasının Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. APA-nın xəbərinə görə, aksiya iştirakçıları səfirliyin yaxınlığındakı Axundov bağında toplaşıblar. Partiya Məslisinin katibi Tofiq Yaqublu piketin qətnaməsini səfirliyə təqdim edib. Müsavat Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı aksiyada çıxış edib. O, İran hakimiyyətinin, fars şovinistlərinin azərbaycanlılara qarşı təqib kampaniyası həyata keçirdiyini qeyd edib. Partiya təmsilçisi həmçinin İran hakimiyyətinin Azərbaycana qarşı təhdidlər etdiyini nəzərə çatdırıb. A. Hacılı deyib ki, İran hakimiyyəti bu siyasətə son qoymalıdır.
Polis əməkdaşları aksiyada plakatların qaldırılmasına və şüarların səslənməsi imkan verməyib. Aksiya insidentsiz başa çatıb. Piketdə müsavatçı millət vəkilləri də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR