Bank Of Baku

Elman Məmmədov: “Dağlıq Qarabağın azərbaycanlı icmasına kimin rəhbərlik edəcəyini indidən söyləmək mümkün deyil”

Elman Məmmədov: “Dağlıq Qarabağın azərbaycanlı icmasına kimin rəhbərlik edəcəyini indidən söyləmək mümkün deyil”
# 02 iyun 2009 12:58 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında icmanın həmtəsisçilərindən olan millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, iyunun 5-də keçiriləcək qurultay Dağlıq Qarabağ azərbaycanlılarının ilk qurultayı olacaq. Millət vəkili qurultay nümayəndələrinin bu bölgənin sakinləri arasından seçildiyini bildirib: “Qurultayın keçirilməsi üçün əvvəlcədən Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb, həmin komitə yerlərdə toplantılar keçirib və o toplantılarda nümayəndələr seçilib”. E. Məmmədov qurultayda ötən müddətdə görülən işlərin hesabatının müzakirə ediləcəyini, qarşıda duran məsələlər, vəzifələrin müəyyənləşəcəyini, proqramın qəbul olunacağını, eyni zamanda təşkilatın rəhbərliyinin seçiləcəyini qeyd edib: “İcmaya kimin rəhbərlik edəcəyi bilinmir. Hələ namizədlər də yoxdur, onlar qurultayda müəyyənləşəcək”.

E. Məmmədov, həmçinin, icmanın bu vaxta qədərki fəaliyyətinə də münasibət bildirib: “Ötən müddət ərzində icmanın fəaliyyəti lazımı səviyyədə olmayıb. Bugünkü siyasi tarixi vəziyyətlə, işğalla əlaqədar etiraf etmək lazımdır ki, icmanın fəaliyyəti o qədər də qənaətbəxş olmayıb. Yəqin ki, qurultayda bu məsələlərə də toxunulacaq. Fəaliyyətimizdəki zəif məqamları aradan qaldırmaq üçün qurultayda konkret proqram və qərarlar qəbul ediləcək”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə nə özünün, nə də rəhbərlik etdiyi qurumun bu qurultaya dəvət edildiyini bildirib: “Mən başa düşə bilmirəm ki, əvvəlcədən heç bir hazırlıq görmədən belə bir qurultayın təyin edilməsində, həmçinin bu bölgənin aktiv siyasi-ictimai təşkilatlarının bu toplantıya dəvət olunmamasının səbəbi nədir. Ona görə də hesab edirik ki, bu qurultay xeyirxah niyyətlə keçirilmir. Qurultayın təşkilatçıları təəssüf ki, belə mövqedən çıxış edirlər və biz bu barədə yalnız mətbuatdan eşidirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR