Bank Of Baku

MSK sədri Məzahir Pənahov Latviyaya səfər edəcək

MSK sədri Məzahir Pənahov Latviyaya səfər edəcək
# 02 iyun 2009 13:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Latviyaya səfər edəcək. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfər Latviya Mərkəzi Seçki Komissiyasının sədri Arnis Çimdarsın dəvəti ilə həyata keçiriləcək. İyunun 4-dən 7-nə qədər davam edəcək səfərdə əsas məqsəd iyunun 6-da bu ölkədə Avropa Parlamentinə və yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkiləri izləməkdir. M. Pənahovun Latviya MSK-nın sədri ilə və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR