Bank Of Baku

BAXCP İdarə Heyətinin növbəti iclası keçirilib

BAXCP İdarə Heyətinin növbəti iclası keçirilib
# 02 iyun 2009 14:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun və ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana səfəri, İsrail prezidenti Şimon Peresin ölkəmizə gözlənilən gəlişi ilə əlaqədar İranın aqressiv davranışları, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçiriləcək görüşü və digər məsələlər ətrafında geniş müzakirə aparılıb. Yığıncaqda BAXCP sədri Qüdrət Həsənquliyev İdarə Heyətinin üzvlərinə NATO Parlament Assambleyasının Osloda keçirilən yaz sessiyası və Milli Məclisdə dövlət büdcəsinin icrası ilə bağlı aparılan müzakirələr barədə məlumat verib. Toplantıda partiyanın iyunun 6-da keçiriləcək Ali Məclisinin növbəti sessiyasının gündəliyi də müəyyənləşdirilib. İclasda müzakirəyə çıxarılan növbəti məsələ ölkədə hüquqi və struktur islahatlarının aparılması ilə bağlı olub. İdarə Heyəti hesab edib ki, Konstitusiyada mövcud olan boşluqların aradan qaldırılması, eləcə də dövlət idarəçilik sisteminin daha çevik və işlək quruma çevrilməsi üçün hüquqi-normativ bazanın yaradılması mümkündür: “Azərbaycan Konstitusiyasında baş nazirin səlahiyyətlərini müəyyənləşdirən müddəalar öz əksini tapmayıb. Bu baxımdan, Nazirlər Kabinetinin və baş nazirin səlahiyyətlərinin artırılması, o cümlədən adıçəkilən dövlət institutlarının fəaliyyət istiqamətlərinin konkretləşdirilməsi üçün Konstitusiya qanunun qəbuluna böyük ehtiyac var”. Qeyd olunanları nəzərə alan partiya Nazirlər Kabineti və baş nazirinin səlahiyyətləri və statusu haqqında müvafiq Konstitusiya qanunu layihəsinin hazırlanması üçün işçi qrupunun yaradılması ilə bağlı qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR