Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Norveçin dövlət katibi, neft və energetika nazirinin müavini Robin Martin Kaası qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Norveçin dövlət katibi, neft və energetika nazirinin müavini Robin Martin Kaası qəbul edib
# 02 iyun 2009 14:40 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Norveçin dövlət katibi, neft və energetika nazirinin müavini Robin Martin Kaasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Robin Martin Kaas XVI Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransında Norveçin siyasi səviyyədə iştirak etməsinin ölkəsi üçün çox mühüm olduğunu deyib. O bildirib ki, bu beynəlxalq tədbirdə ölkələrin siyasi və sənaye nümayəndələri baxımından fəal iştirak etmələri Azərbaycanın neft və qaz sənayesində təkcə regionda deyil, beynəlxalq aləmdə mühüm rol oynadığının göstəricisidir. Robin Martin Kaas Xəzərdə neft-qaz hasilatının uğurlu nəticələri münasibətilə dövlət başçısını təbrik edib.

Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransının ilk illərdən başlayaraq təkcə Azərbaycan üçün deyil, dünyanın enerji sahəsində inkişafı baxımından xüsusi əhəmiyyətə malik olduğunu vurğulayan prezident İlham Əliyev ötən 16 il ərzində keçirilən bütün konfransların önəmli olduğunu deyib. Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransının Azərbaycanın neft siyasətinin müxtəlif mərhələlərinin uğurla həyata keçirilməsini əks etdirdiyini deyən dövlət başçısı ötən dövrdə qarşıda duran bütün planların müvəffəqiyyətlə icra olunduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR