Bank Of Baku

Aydınlar Partiyası dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə yenidən müraciət edəcək

Aydınlar Partiyası dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə yenidən müraciət edəcək
# 02 iyun 2009 15:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Aydınlar Partiyası dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə yenidən müraciət edəcək. Partiya sədrinin müavini Xanoğlan Əhmədov APA-ya bildirib ki, ötən ilin dekabrından nazirliyə müraciət edilməsinə baxmayaraq, bu müddətdə qeydiyyata alınmamaqlarının səbəbi ilə bağlı onlara nə yazılı, nə də şifahi məlumat verilməyib. X. Əhmədovun sözlərinə görə, ötən müddət ərzində bununla bağlı dəfələrlə nazirliyə şifahi müraciət edilsə də, normal cavab ala bilməyiblər: “Qarşıdan bələdiyyə seçkiləri gəlir və biz seçkilərdə partiya kimi iştirak etməkdə maraqlıyıq. Buna görə də qısa müddətdə qeydiyyat probleminin həll edilməsini vacib sayırıq. Partiyanın Siyasi Şurasının son iclasında bununla bağlı müzakirə aparıldı və məsələ ilə bağlı nazirliyə yenidən müraciət etmək nəzərdə tutulub”.

Qeyd edək ki, Aydınlar Partiyası 2008-ci ilin dekabrında təsis edilib. Partiyaya Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəyli sədrlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR