Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Bakıya gətirilmiş yeni sərnişin avtobuslarına baxış keçirib

Azərbaycan prezidenti İlham Əliyev Bakıya gətirilmiş yeni sərnişin avtobuslarına baxış keçirib
# 02 iyun 2009 17:20 (UTC +04:00)
Bakı-APA Azərbaycan prezidenti İlham Əliyev Bakıya gətirilmiş yeni sərnişin avtobuslarına baxış keçirib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısının tapşırıqlarına əsasən, Bakı şəhərinin müasir tələblərə cavab verən sərnişin avtobusları ilə davamlı olaraq təmin edilməsinə başlanılıb. Azərbaycan prezidentinin Bakı şəhərində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair sərəncam və göstərişlərinə uyğun olaraq, sərnişin avtobuslarının növbəti hissəsi paytaxta gətirilib.
Dövlət başçısına yeni avtobusların texniki göstəriciləri, hərəkət marşrutlarının sxemi barədə məlumat verilib. Koreya Respublikasının “Daewoo” şirkətinin istehsalı olan bu avtobuslar rahatlığı və müasirliyi ilə diqqəti cəlb edir. Avtobusların uzunluğu 11,940 metr, eni 2,5 metr, hündürlüyü isə 3,2 metrdir. Dizel mühərikki ilə işləyən avtobusların yanacaq tutumu 260 litr, yanacaq sərfiyyatı isə hər 100 kilometrə 38 litrdir. Salonunda 31 oturacaq olan avtobuslar ümumilikdə 85 sərnişini birdəfəyə aparmaq imkanına malikdir. Yeni avtobuslar əsasən 325, 309, 70, 137 saylı marşrutlarda işləyəcəkdir. Azərbaycan prezidenti Bakı şəhərinin yol-nəqliyyat sisteminin daha da yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR